Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ildə sənaye istehsalı

09 fevral 2026 | 12:44

2025-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 19628,8 min manatlıq sənaye məhsulu istehsal edilmiş və bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz azalmışdır.

Sənayedə qeyri-dövlət sektorunun payı 60,2 faiz olmuşdur. Ümumi istehsalın 60,2 faizi sənaye məhsullarının istehsalı, 39,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

Dövr ərzində ümumi istehsalın 5,1 faizi mədənçıxarma, 55,1 faizi emal sektorlarında sənaye məhsullarının istehsalı, sənaye xarakterli xidmətlərin göstərilməsində 37,0 faiz elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,8 faiz isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında olmuşdur. 

2025-ci ildə emal sənayesi üzrə ümumi istehsalın və xidmətlərin həcmində qida məhsullarının istehsalı 39,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,7 faiz, tikinti materiallarının istehsalı 37,1 faiz, hazır metal məmulatlarının istehsalı 17,0 faiz, mebellərin istehsalı 1,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri isə 0,3 faiz təşkil etmişdir.

2025-ci ildə istehsalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesində 85,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 24,2 faiz azalmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda isə 3,5 faiz artmışdır.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənaye sahəsində artım sürəti 95,7 faiz, emal sənayesi sektorunda 14,4 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 103,5 faiz,  su təchizatı, tullantıların təmizlənməsi sektorunda isə 75,8 faiz təşkil etmişdir.  

01 yanvar 2026-cı il vəziyyətinə hesabat dövrünün axırına sənaye sahəsində çalışan işçilərin sayı  641 nəfər olmuşdur. Orta aylıq nominal əmək haqqı isə 694,1 manat  olmuşdur.

 Zərdab Rayon Statistika İdarəsi

Keçidlər