Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ilin yanvar-iyun ayları ərzində sənaye istehsalı

01 avqust 2025 | 12:40

2025-ci ilin yanvar-iyun  aylarında Zərdab rayonunda sənaye müəssisələri və  bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 7855,5 min manat təşkil etmişdir.

Dövr ərzində sənaye məhsulunun 6,2 faizi mədənçıxarma sənayesi sektorunda, 42,7 faizi emal sənayesi sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  46,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,4 faiz təşkil etmişdir. 

2025-ci ilin yanvar-iyun aylarında emal sənayesi üzrə ümumi istehsalın və xidmətlərin həcmində qida məhsullarının istehsalı 83,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,1 faiz, tikinti materiallarının istehsalı 2,1 faiz, hazır metal məmulatlarının istehsalı 9,8 faiz, mebellərin istehsalı 2,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 1,1 faiz təşkil etmişdir.

2025-ci ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesində istehsalın həcmi 6,2 faiz, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 5,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,4 faiz artmışdır.

01 iyul 2025-ci il vəziyyətinə sənaye sahəsində çalışan işçilərin sayı  649 nəfər olmuşdur. Orta aylıq nominal əmək haqqı isə 651,8 manat  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz artmışdır.

 

 

 

  Zərdab rayon Statistika idarəsi

Keçidlər