Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ilin yanvar-mart ayları ərzində iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə

05 may 2025 | 17:40

2025-ci il  aprelin 1-i vəziyyətinə rayon üzrə muzdla işləyənlərin sayı 4416 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 4187 nəfər, qeyri-dövlət sektorunda isə 229 nəfər təşkil etmişdir.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,1 faizi istehsal sahələrində, o cümlədən 1,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 14,4 faizi sənaye sahəsində, 3,4 faizi isə tikinti sahəsində məşğul olmuşdur.

Muzdla işləyənlərin çox hissəsi, yəni 80,9 faizi xidmət sahələrinin payına düşür. O cümlədən, 18,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 36,1 faizi təhsil, 9,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 6,1 faizi istirahət, əyləncə və incəsənət, 0,8 faizi informasiya və rabitə, 0,3 faizi maliyyə və sığorta fəaliyyəti, 0,5 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışmışlar.

2025-ci ilin yanvar-mart ayları ərzində iqtisadiyyatda muzdla işləyənlərin оrta aylıq nominal əməkhaqqı  keçən ilin müvafiq dövrünə nisbətən  18,0 faiz artaraq 704,4 manat olmuşdur.

Maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, peşə, elmi və texniki fəaliyyət, təhsil və əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər