Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ilin yanvar-mart ayları ərzində sənaye istehsalı

05 may 2025 | 17:37

2025-ci ilin yanvar-mart  aylarında Zərdab rayonunda sənaye müəssisələri və  bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 4603,4 min manat təşkil etmişdir.

Dövr ərzində sənaye məhsulunun 5,7 faizi mədənçıxarma sənayesi sektorunda, 40,5 faizi emal sənayesi sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  50,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,6 faiz təşkil etmişdir.  

2025-ci ilin yanvar-mart aylarında emal sənayesi üzrə ümumi istehsalın və xidmətlərin həcmində qida məhsullarının istehsalı 87,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,9 faiz, tikinti materiallarının istehsalı 2,0 faiz, hazır metal məmulatlarının istehsalı 8,0 faiz, mebellərin istehsalı 0,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 1,9 faiz təşkil etmişdir.

2025-ci ilin yanvar-mart aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesində istehsalın həcmi 0,5 faiz, göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 20,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,6 faiz artmışdır.

01 aprel 2025-ci il vəziyyətinə sənaye sahəsində çalışan işçilərin sayı  638 nəfər olmuşdur. Orta aylıq nominal əmək haqqı isə 664,6 manat  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artmışdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər