2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlər haqqında
2025-ci ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrünə nisbətən 17,6 faiz artaraq 5826,0 min manat olmuşdur. Xidmətin 42,3 faizi hüquqi şəxslər, 57,7 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 780,0 min manat, iaşə xidmətinin həcmi 427,0 min manat olmuşdur.
Ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 2463,1 min manat (96,0 faiz dövlət mülkiyyəti, 4,0 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 2447,8 min manatı iri müəssisələrin, 15,3 min manatı isə kiçik müəssisələrin payına düşür.
Zərdab Rayon Statistika İdarəsi