2025-ci ilin yanvar-mart aylarında Zərdab rayonunda demoqrafik vəziyyət
Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı 69 nəfər olmuşdur. Zərdab rayonunda 01 aprel 2025-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. İlkin hesablamalara görə 2025-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayonu əhalisinin sayı 40 nəfər və ya 0,07 faiz artaraq 59794 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2025-ci ilin yanvar-mart ayları ərzində ilkin hesablamalara görə rayonda 101, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 18,8 faizi şəhər və qəsəbələrdə, 81,2 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 9,5-dən 6,8-ə qədər azalmışdır.
Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 74 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 1 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 10-14 yaşda 1, 15-19 yaşda 1, 35-39 yaşda 1, 40-44 yaşda 1, 50-54 yaşda 1, 55-59 yaşda 6, 60-64 yaşda 11, 65-69 yaşda 6, 70-74 yaşda 9, 75-79 yaşda 11, 80-84 yaşda 3, 85 yaşdan yuxarı 22 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,3-dən 5,0-a qədər azalmışdır.
2025-ci ilin yanvar-mart ayları ərzində ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən Zərdab rayonu üzrə 26 nikah və 28 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6-dan 1,7-yə qədər düşmüşdür. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4-dən 1,9-a qədər artmışdır .
2025-ci ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 13 nəfər qeydə alınaraq, miqrasiya saldosu müsbət 13 nəfər təşkil etmişdir.
Zərdab Rayon Statistika İdarəsi