Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ilin yanvar-sentyabr ayları ərzində sənaye istehsalı

31 oktyabr 2025 | 17:34

2025-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 12550,6 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.

Sənayedə qeyri-dövlət sektorunun payı 56,1 faiz olmuşdur. Ümumi istehsalın 56,1 faizi sənaye məhsullarının istehsalı, 43,9 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

Dövr ərzində istehsal olunmuş sənaye məhsulunun 5,8 faizi mədənçıxarma, 50,2 faizi emal, sənaye xarakterli xidmətlərin göstərilməsində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 40,1 faiz, 3,9 faiz isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında olmuşdur. 

2025-ci ilin yanvar-sentyabr aylarında emal sənayesi üzrə ümumi istehsalın və xidmətlərin həcmində qida məhsullarının istehsalı 57,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,2 faiz, tikinti materiallarının istehsalı 26,0 faiz, hazır metal məmulatlarının istehsalı 9,8 faiz, mebellərin istehsalı 1,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri isə 0,6 faiz təşkil etmişdir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənaye sahəsində artım sürəti 28,6 faiz, emal sənayesi sektorunda 3,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 18,0 faiz,  su təchizatı, tullantıların təmizlənməsi sektorunda isə 93,7 faiz təşkil etmişdir.

01 oktyabr 2025-ci il vəziyyətinə hesabat dövrünün axırına sənaye sahəsində çalışan işçilərin sayı  638 nəfər olmuşdur. Orta aylıq nominal əmək haqqı isə 627,3 manat  olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artmışdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər