Şriftin ölçüsü :

Saytın rəngi :

2026-cı ilin yanvar-sentyabr aylarında sənaye istehsalı

06 noyabr 2026 | 15:23

2026-cı ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 13227,6 min manatlıq və və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənayedə qeyri-dövlət sektorunun payı 61,8 faiz olmuşdur. Ümumi istehsalın 61,8 faizi sənaye məhsullarının istehsalı, 38,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

Dövr ərzində ümumi istehsalın 0,9 faizi mədənçıxarma, 60,9 faizi emal sektorlarında sənaye məhsullarının istehsalı, sənaye xarakterli xidmətlərin göstərilməsində 36,4 faiz elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faiz isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında olmuşdur. 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mebellərin istehsalı 2,7 dəfə, tikinti materiallarının istehsalı 2,1 dəfə, hazır metal məmulatlarının istehsalı 2,5 dəfə artmışdır.

2026-cı ilin yanvar-sentyabr aylarında emal sənayesi üzrə ümumi istehsalın və xidmətlərin həcmində qida məhsullarının istehsalı 40,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,2 faiz, tikinti materiallarının istehsalı 42,7 faiz, hazır metal məmulatlarının istehsalı 12,3 faiz, mebellərin istehsalı 3,2 faiz və maşın və avadanlıqların quraşdırılması və təmirində isə 0,3 faiz təşkil etmişdir.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sənaye sahəsində artım sürəti 95,9 faiz, emal sənayesi sektorunda 284,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 96,4 faiz, su təchizatı; tullantıların təmizlənməsi sektorunda isə 35,2 faiz təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər