14 Avqust 2014-cü il tarixdə YAP Zərdab rayon təşkilatının Qərərgahında Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirildi.
14 Avqust 2014-cü il tarixdə YAP Zərdab rayon təşkilatının Qərərgahında
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının yaranmasının
21-ci ildönümü münasibətilə tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoydular.
Tədbirin rəsmi hissəsi YAP Zərdab rayon təşkilatında keçirildi. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açdı.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Lütvəli Babayev, rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, ümumilikdə 70 nəfər partiya fəalı iştirak etdilər.
Tədbir iştirakçıları Ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Pərvin Mahmudova partiyanın 21 illiyinə həsr olunmuş məruzə ilə çıxış etdi.
Bildirdi ki, YAP ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycan dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Məhz buna görə də, ümumxalq partiyasına çevrilən, 600 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı naliyyətlər qazanaraq qələbələr partiyası kimi çıxış edib. Ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatının yüksəlişi , xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilmış və bu prosesdə YAP daim ön sırada olmuşdur. Bu gün isə YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla onların başlıca məqsədi bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdir.
Qeyd olundu ki, bu gün partiyamızın sıralarında 600 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir.
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı 64 ərazi ilk partiya təşkilatını ətrafında birləşdirir. Təşkilatın üzvlərinin sayı 5714 nəfərdən artıqdır ki, bu da rayon əhalisinin 10 faizdən çoxunu təşkil edir. Rayon təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərəvər, xalqını, vətənini sevən gənclərin,qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bu sözsüz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Hazırda Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında gənclərin sayı 1745 nəfər, qadınların sayı isə 2616 nəfərdir.
Daha sonra məruzə ətrafında çıxışlar dinlənildi :
Daha sonra məruzə ətrafında çıxışlar dinlənildi :
Rayon İHB Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Murad Həsənov, Gənc müəllim, RGİTİB-nin üzvü Rasif Qaçayev, Zərdab rayon Mərkəzi Xəstəxanasının həkimi Elnarə Ağayeva, Gəlmə kənd kitabxana filialının müdiri İlahə Hüseyinova, Zərdab RİH Başçısının Ərazi idarəetmə və yerliözünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Rayon təşkilatının yaradıcılarından biri İsrəfil Həmidov, Böyük Vətən Müharibəsi Veteranı Əhməd Qurbanov partiyanın yaranma tarixi, bu günki fəaliyyəti və gələcək perspektivləri barədə çıxış etdilər.
Natiqlər əldə olunmuş uğurlarla kifayətlənməyərək, prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Azərbaycanın parlaq gələcəyi üçün daha əzmlə çalışacaqlarını qarşıya məqsəd qoyduqlarını söylədilər.
Sonra Zərdab rayon İcra Hakimiyyətinin Başçısı Lütvəli Babayev çıxış edərək ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının qazandığı uğur və nailiyyətlərdən söz açdı. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi inkişaf strategiyasının və onun istiqamətverici qüvvəsi olan Yeni Azərbaycan Partiyası idealogiyasının ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, bu yolda qazanılmış uğurlar, naliyyətlər və qarşıya qoyulmuş vəzifələr barədə geniş məlumat verdi. Partiya fəallarını yubiley münasibətilə təbrik edərək onlara Respublikanın eləcə də rayonun quruculuq və ictimai-siyasi həyatındakı fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.
Sonda Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərmanlar və qiymətli hədiyyələr verildi, Partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edildi.