21 oktyabr 2022-ci il tarixdə Yuxarı Seyidlər kənd Diyarşünaslıq evində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
21 oktyabr 2022 | 14:56
Tədbirdə Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sahid Əhmədov, Yuxarı Seyidlər kənd İƏD üzrə nümayəndənin müavini Nübar Mənsimova , kənd ərazisində fəaliyyət göstərən təşkilatların əməkdaşları və yerli özəl sektorun nümayəndələri iştirak etmişdir. Görüş iştirakçıları ilə “Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin təməlində duran siyasi irsi” mövzusu ətrafında müzakirələr aparılmış, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyətindən bəhs olunmuşdur.