Şriftin ölçüsü :

Saytın rəngi :

21.07.2023-cü il tarixdə Zərdab rayonu Heydər Əliyev Mərkəzində İdeoloji Maarifləndirmə Konsepsiyası ilə bağlı növbəti görüş keçirilmişdir

21 iyul 2023 | 14:25

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən bəhs edən foto sərgi ilə tanış olmuşdur. Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kamil Məmmədov və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbirdə çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, sosial rifahının yaxşılaşdırılması və zəngin elmi potensialın yaradılmasında olan xidmətlərindən bəhs etmiş və Ulu Öndər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.

Keçidlər