21.08.2024-cü il tarixdə Gəlmə kəndində maarifləndirmə tədbiri keçirilib
Zərdab rayon Gəlmə kəndində Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və kənd ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə maarifləndirmə tədbiri təşkil olunub. Tədbirdə çıxış edənlər ölkəmizdə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı mövcud olan problemlərin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”ndə, “Cinayət Məcəlləsi”ndə və “İnzibati Xətalar Məcəlləsi”ndə edilən dəyişikliklər, erkən nikah, qohum evliliyi və sosial-mənəvi mühitin saflığının qorunması üçün keçmişdən gələn ailə dəyərlərimizə sadiqliyin əhəmiyyəti haqqında ətraflı məlumat verib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.