Şriftin ölçüsü :

Saytın rəngi :

21.11.2023-cü il tarixdə Gəlmə kəndində “Məişət zorakılığı”, “Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzusunda görüş keçirilib

21 noyabr 2023 | 17:45

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının və Gəlmə bələdiyyəsində yaradılmış Gender, erkən nikah məsələləri və məişət zorakılığı üzrə mübarizəyə dair Komissiyanın üzvləri, təhsil və tibb işçiləri, mədəni-maarif müəssislərinin əməkdaşları və şagirdlər iştirak etmişlər. Çıxış edənlər zorakılığın  formaları və uşaqlara qarşı  törədilən bu əməllərin bütün dünyada aktual bir problem olduğunu və ölkəmizdə  bu problemlə fasiləsiz mübarizə aparıldığını qeyd etmişlər. Tədbirdə həmçinin uşaqlara qarşı hansı formada zorakılıqların baş verməsi, kimlərin zorakılığa daha tez məruz qala biləcəyi və bunun qarşısının alınması, erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin fəsadlarından bəhs edilib. “Məişət zorakılığı ilə mübarizəyə dair qanunvericilik” və “Erkən nikah və  qohumlar arasında nikaha  qarşı mübarizə yolları”  mövzusunda çıxışlar olub.

Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər