Şriftin ölçüsü :

Saytın rəngi :

21.11.2025-ci il tarixdə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

21 noyabr 2025 | 14:51

21.11.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və Təhsil Sektorunun birgə təşkilatçılığı, müəllim, valideyn və şagirdlərin iştirakı ilə Məlikumudlu kənd tam orta məktəbində “Narkomaniya qarşı mübarizə”, “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” mövzularında tədbir keçirilib.

 Tədbirdə çıxış edənlər narkotikin vurduğu saysız-hesabsız zərərlərdən, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən danışıb,  sosial-mənəvi mühitin saflığının qorunması üçün  keçmişdən gələn ailə dəyərlərimizə sadiqliyin əhəmiyyəti, sosial şəbəkələrdən aslı vəziyyətə düşməməyin və bu platformalardan düzgün istifadə etməyin yolları haqqında söhbətlər aparılıb.

Sonda qeyd olunan mövzularda videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər