VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ VƏ AZTƏMİNATLI AİLƏLƏRİN UŞAQLARINA MƏKTƏBLİ FORMALARI VƏ DƏRS LƏVAZİMATLARI VERİLDİ
12 sentyabr 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətində aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəblilərə məktəbli formalarının və müxtəlif dərs ləvazimatlarının verilməsinə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak və çıxış edib. Öncə yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri və valideynləri təbrik edən icra başçısı, onlara yeni tədris ilində uğurlar arzulayıb. Lütvəli Babayev ölkə Prezidentinin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi qayğıdan söhbət açıb.
Sonra 180 nəfər aztəminatlı, hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş, şəhid və Qarabağ müharibəsi əlili ailələrindən və digər imtiyazlı ailələrdən olan məktəbli uşaqlara məktəbli forması və məktəb ləvazimatları verilib.
Yığıncaqda çıxış edən məktəblilər və valideynlər onlara göstərilən qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.