ZƏRDABDA “ƏMƏK YARMARKASI” KEÇİRİLDİ
Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı cənab Lütvəli Babayevin sərəncamı ilə rayonda “Əmək yarmarkası”nın təşkili və keçirilməsi ilə əlaqədar işçi qrupu yaradılmış və müvafiq tədbirlər planı təsdiq edilmişdir. Yarmarkanın keçirilməsi ilə əlaqədar “Əkinçi” qəzetində elanlar dərc edilmiş, rayonun müxtəlif yerlərində yarmarkanın keçirilməsi barədə əhali arasında maarifləndirmə işləri aparılmışdır.
24 sentyabr 2014-cü il tarixdə Zərdab Rayon Mədəniyyət Evinin foyesində “Əmək yarmarkası” təşkil edilib. Yarmarkada iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Rəhman Feyzullayev son illər ölkəmizdə, eləcə də rayonumuzda yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlərdən danışıb, bu sahədə əmək yarmarkasının rolunu yüksək qiymətləndirib. O, yaramarkaya müraciət edən işaxtaranlara uğurlar arzulayıb.
Yarmarkaya ayrı-ayrı idarə və müəssisələrdən 152 boş iş yeri çıxarılıb. “Əmək yarmarkası”nda 50 nəfərə qədər işaxtaran müvafiq işlə təmin olunub. İşlə təmin olunanlar əmək yarmarkasının təşkilinə görə ölkə rəhbərinə minnətdarlıq ediblər.
Yarmarkada Dövlət Məşğulluq Xidmətinin baş məsləhətçisi Xətai Mehrəliyev iştirak edib.