Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA QURBAN BAYRAMI QEYD EDİLDİ

05 oktyabr 2014 | 15:00

05 oktyabr 2014-cü il tarixdə Zərdabda qurban bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
İcra Hakimiyyətinin rəhbərliyi altında çoxsaylı iri və xırdabuynuzlu heyvan kəsilərək imtiyazlı ailələrə, tənha və imkansızlara paylanılıb. Ümumilikdə 300 nəfərə qədər adam Qurban payı ilə təmin olunub.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Qurban bayramı münasibətilə təşkil olunan ümumrayon mərasimində çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısından söhbət açıb. Müqəddəs Qurban bayramının mahiyyəti haqqında geniş məlumat verib.
Tədbir iştirakçıları dövlətimizin milli mənəvi dəyərlərimizə sadiqliyinə, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq ediblər.

Keçidlər