Şriftin ölçüsü :

Saytın rəngi :

22 İyul – Milli Mətbuat Günü münasibətilə Zərdab rayonunda tədbir keçirilib

22 iyul 2026 | 14:20
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veysova, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, mədəniyyət işçiləri, "Əkinçi" qəzetinin redaktoru, media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Zərdab şəhərində Mədəniyyət Mərkəzinin qarşısında ucaldılmış Azərbaycan milli mətbuatının banisi Həsən Bəy Zərdabinin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, görkəmli maarifçinin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları Həsən Bəy Zərdabi muzeyinə gələrək muzeyin həyətində yerləşən büstü ziyarət edib, muzeydə nümayiş etdirilən eksponatlarla, dahi maarifçinin həyat və fəaliyyətini əks etdirən materiallarla yaxından tanış olublar.
Tədbir zamanı qeyd olunub ki, Həsən Bəy Zərdabi tərəfindən əsası qoyulan milli mətbuat ənənələri bu gün də uğurla davam etdirilir, ölkəmizdə söz və informasiya azadlığının, peşəkar jurnalistikanın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilib ki, Azərbaycan mətbuatı cəmiyyətin maariflənməsində, milli-mənəvi dəyərlərin təbliğində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayır.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Keçidlər