Şriftin ölçüsü :

Saytın rəngi :

22 noyabr 2022-ci il tarixdə Zərdabda “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib

22 noyabr 2022 | 10:35

Zərdab Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göyçay rayon filialının təşkilatçılığı ilə Zərdab rayon Heydər Əliyev Mərkəzində “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, filialın rəhbəri Faiq Abdullayev, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin əməkdaşları iştirak ediblər. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra filialın rəhbəri F.Abdullayev tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi,  icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub. Daha sonra mövzuyla bağlı video çarx nümayiş olunub. Sonda iştirakçıların sualları cavablandırılıb.

Keçidlər