Şriftin ölçüsü :

Saytın rəngi :

22.02.2024-cü il tarixdə zərərli vərdişlərə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

22 fevral 2024 | 18:00

22.02.2024-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, Məlikumudlu kənd İƏD üzrə nümayəndəsinin, Məlikumudlu bələdiyyəsində yaradılmış “Gender, erkən nikah məsələləri, məişət zorakılığı üzrə mübarizəyə dair Komissiya”nın sədrinin, müəllim, valideyn və şagirdlərin iştirakı ilə Məlikumudlu kənd tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizə”, “Erkən nikahın fəsadları” mövzularında tədbir keçirilib.

Tədbirdə çıxış edənlər narkotikin vurduğu saysız-hesabsız zərərlərdən, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən danışıb,  sosial-mənəvi mühitin, saflığının qorunması üçün  keçmişdən gələn ailə dəyərlərimizə sadiqliyin əhəmiyyəti, erkən nikah və qohumlar arasında nikahın  insan üçün psixoloji və bioloji zərərləri haqqında söhbətlər aparıblar.

Sonda qeyd olunan mövzularda videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər