Zərdab Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib
29 oktyabr 2014-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasında Administrasiyanın rəhbəri cənab Ramiz Mehdiyevin rəhbərliyi ilə 28 oktyabr 2014-cü il tarixdə keçirilmiş yığıncaqda cənab Ramiz Mehdiyevin çıxışından irəli gələn məsələlərlə bağlı qarşıda duran vəzifələr haqqında yığıncaq keçirilib. Yığıncaqda rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, əmək kollektivlərinin nümayəndələri – cəmi 260 nəfər iştirak edib.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev yığıncaqda geniş nitq söyləyib.
Yığıncaqda yerlərdə vətəndaşlarla əlaqənin genişləndirilməsi, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və digər məsələlər barədə ətraflı müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.