ZƏRDAB RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “HƏR KƏS BİR BAYRAQ YÜKSƏLTSİN!” ADLI TƏDBİR KEÇİRİLİB
05 noyabr 2014-cü il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Hər kəs bir bayraq yüksəltsin” adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru Könül Rəhimova “Bayrağımız qürurumuzdur” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamına əsasən hər il 9 noyabrın “Dövlət bayrağı günü” kimi dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağımız milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzinə çevrilib. Noyabr ayının xalqımızın tarixində şərəfli günlərlə zəngin olduğunu vurğulayan Könül Rəhimova, tədbir iştirakçılarını və rayon ictimaiyyətini qarşıdan gələn əlamətdar tarixi günlər münasibətilə də təbrik edib.
Tədbirdə digər çıxış edənlər bu gün Azərbaycanda dövlət atributlarına olan yüksək hörmət və ehtiramdan söz açıblar.
Tədbirdə Dövlət Bayrağı Meydanının açılışına həsr olunmuş sənədli film nümayiş etdirilib, məktəblilərin ifasında dövlət rəmzlərinə, Azərbaycana həsr olunan şerlər dinlənilib.