Şriftin ölçüsü :

Saytın rəngi :

Yubiley tədbirləri Zərdabdan başladi

16 iyul 2012 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 iyun 2012-ci il tarixli “H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə bağlı yubiley tədbirləri Həsən bəyin doğulduğu Zərdab rayonundan başladı. 14 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovun rəhbərliyi altında respublikanın çoxsaylı mətbuat və kütləvi informasiya vasitələri liderlərinin iştirakı ilə ümumrespublika tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Nəsimi Məmmədov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Jalə xanım Əliyeva və başqa qonaqlar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmişlər, daha sonra isə Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin abidəsi önünə gül dəstələri qoymuşlar. Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tədbirdə çıxış edərək bildirmişdir ki, Respublika Prezidenti cənab İlham Əliyevin 04 iyun 2012-ci il tarixli “H.B.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə bağlı yubiley tədbirlərinin Zərdab rayonundan start verilməsinin də dövlət başçımızın H.B.Zərdabinin həmvətənlərinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirmişdir. Tədbir iştirakçıları Həsən bəy Zərdabi muzeyi ilə tanış olmuşlar.
 

Keçidlər