23.04.2024-cü il tarixdə Çallı kəndində müəllimlər, valideynlər və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbiri keçirildi
23 aprel 2024 | 18:17
Zərdab Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin təşkilatçılığı, müəllim, valideyn və şagirdlərin iştirakı ilə Çallı kənd tam orta məktəbində “Narkomaniya qarşı mübarizə”, “Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzularında tədbir keçirildi. Tədbirdə çıxış edənlər narkotikin vurduğu saysız-hesabsız zərərlər, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələri, "Uşaq Hüquqları Konvensiyası", "Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu" barədə məlumatlar vermişlər. Sonda qeyd olunan mövzularda videoçarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.