Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda respublikanın tanınmış incəsənət ustaları məktəblilər qarşısında konsert verdilər

28 noyabr 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında 28 oktyabr 2014-cü il tarixdə keçirilən yığıncaqda Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin çıxışında səslənən fikirlərdən irəli gələn vəzifələrin Zərdab rayonunda icrası ilə bağlı İcra Hakimiyyətində geniş tədbirlər planı hazırlanıb. Bu istiqamətdə silsilə tədbirlərə başlanılıb. Artıq Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi yeniyetmə və gənclər arasında hüquqazidd əməllərin və narkomaniyaya meylliliyin qarşısının alınması, zərərli dini cərəyanlardan çəkindirilməsi mövzusunda rayon gəncləri ilə maarifləndirici görüş keçirib. Gənclərin əl işlərindən ibarət sərgilərin, idman yarışlarının, müxtəlif əyləncəli ədəbi-bədii gecələrin təşkili nəzərdə tutulub. Bu sıradan növbəti addım uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə 500 nəfərlik rayon mədəniyyət evində 28 noyabr 2014-cü il tarixdə respublikanın tanınmış incəsənət ustalarının məktəblilər qarşısında geniş konsert proqramı ilə çıxış etməsi olub.
2 seansda 1000 nəfər tamaşaçı qarşısında təşkil olunan konsert proqramı çərçivəsində respublikanın tanınmış incəsənət ustaları Səttar Nəsirov, Zabitə Alıyeva, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, V.Mustafazadə adına “Sevil” vokal-instrumental ansamblı, gənc müğənnilər Nicat Cəfərzadə, Lalə Hüseynova, xanəndə Gülnar Qüdrətli, Hüseyn Əlili və digərləri çıxış ediblər. Rəqs qrupunun ifasında bir-birindən maraqlı rəqs nömrələri nümayiş olunub. Uşaqlar üçün xüsusi hazırlanmış şou-proqram məktəbli tamaşaçıların zövqünü oxşayıb.
Konsertin sonunda proqramın nümayişində fəallıq göstərənlərdən 4 nəfəri Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanı ilə təltif olunublar.

Keçidlər