Zərdab rayon Məşğulluq Mərkəzində dəyirmi masa keçirildi
03 dekabr 2014-cü il tarixdə Zərdab rayon Məşğulluq Mərkəzində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərinin pozulmasında təqsirkar olan işəgötürənlərə qarşı tətbiq edilən inzibati cərimələr barədə işəgötürənlərin məlumatlandırılması və işəgötürənlərlə qarşılıqlı əlaqələrin qurulması” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi Şövqi Qafarov, həmkarlar ittifaqı təşkilatının nümayəndələri, məktəb direktorları, müəssisə rəhbərləri iştirak ediblər.
Zərdab Rayon Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov çıxış edərək bildirib ki, Dövlət Məşğulluq siyasətinin əsas icraçısı Məşğulluq Xidməti orqanları olsa da, müvafiq qanunvericilik bu sahədə işəgötürənlərin də üzərinə müəyyən öhdəliklər qoyur.
Tədbirdə digər çıxış edənlər belə tədbirin keçirilməsinin vacibliyini vurğulamaqla, “Məşğulluq haqqında” Qanunun tələbləri baxımından hesabatları bundan sonra da vaxtında, düzgün və tam olaraq təqdim edəcəklərini, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsi sahəsində səlahiyyətləri daxilində köməklik edəcəklərini bildiriblər.