UŞAQ VƏ AİLƏLƏRƏ DƏSTƏK MƏRKƏZİNDƏ “İMKANLARA SƏRHƏD YOXDUR” ADLI TƏDBİR KEÇİRİLİB
02 dekabr 2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Beynəlxalq əlillər günü münasibəti ilə “İmkanlara sərhəd yoxdur” adlı dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Mərkəzin direktoru K.Həsənova bildirib ki, ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə qanunvericilik təkmilləşdirilib. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Paytaxtda və bölgələrdə yeni reabilitasiya mərkəzləri istifadəyə verilir. Müvafiq Fərman və Sərəncamlara əsasən əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də artırılır.