Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsi yad edildi

10 dekabr 2014 | 16:00

Müasir Azərbaycanın memarı, bugünkü sürətli və davamlı iqtisadi inkişafın əsası olan strategiyanın müəllifi Ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi sevgi qazanmışdır. Xalqın böyük oğlu, dünya şöhrətli müdrik siyasi xadim dünyasını dəyişsə də, onun xatirəsi əbədi yaşayır və zəngin irsi Azərbaycana doğru istiqamət göstərir. Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü respublikamızın hər yerində böyük hörmət və ehtiramla qeyd olunur.
10 dekabr 2014-cü ildə Zərdab rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Nə qədər ki, Azərbaycan xalqı və dövləti vardır, Heydər Əliyevin parlaq xatirəsi də bir o qədər yaşayacaqdır” mövzusunda tədbir keçirilib.
Tədbir  iştirakçıları Heydər Əliyev Mərkəzində dünya şöhrətli siyasətçi,  müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin mənalı ömür yolunu  və zəngin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.  Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin direktoru Könül Rəhimova  “Bütün varlığı ilə Vətənə və xalqa qəlbən bağlı olan dahi şəxsiyyət”  mövzusunda məruzə ilə çıxış edib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib. Məktəblilərin ifasında Ulu Öndərin xatirəsinə həsr olunmuş şeirlər söylənilib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Keçidlər