Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

12 dekabr 2014 | 16:00

Zərdab rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. 10-11 dekabr 2014-cü il tarixlərdə bağça uşaqları, ümumtəhsil məktəblərinin şagirdləri Ümummilli liderin abidəsini ziyarət edərək, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olublar.
Bu gün isə Zərdabda Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ümumrayon anım mərasimi keçirilib.
Əvvəlcə Rayon İcra Hakimiyyəti başçısı adından Ulu Öndərin abidəsi önünə əklil qoyulub, məktəblilər, veteranlar, hüquq-mühafizə orqanlarının işçiləri, rayonun əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Sonra iştirakçılar Ulu Öndərin anım gününə həsr olunmuş baxış müsabiqədə qalib gəlmiş divar qəzetləri, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi və foto stendlərlə tanış olublar.
Mərasim iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa ediblər. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev “Heydər Əliyev yeni, müstəqil, demokratik Azərbaycan dövlətinin memarıdır” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Canlı əfsanəyə çevrilmiş Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl Azərbaycanlı idi. İcra başçısı vurğulayıb ki, Heydər Əliyev 20-ci yüzilliyin canlı tarixi, yeni, Müstəqil Azərbaycanın qurucusu kimi əlçatmaz zirvə fəth edib. Hələ sağlığında özünə əbədiyaşarlıq statusu qazanmış Ümummilli lider siyasi və ictimai fəaliyyəti ilə öz xalqının və Azərbaycanın çağdaş tarixində elə bir iz qoyubdur ki, bu gün Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir.
Natiq Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olmasını mərasim iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, son 11 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də regionlarda görülən genişmiqyaslı abadlıq və quruculuq işləri, insanların sosial problemlərinin həlli istiqamətində atılan cəsarətli addımlar, müstəqil Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Heydər Əliyev ruhuna hörmət və ehtiramın ən bariz nümunəsidir.

Keçidlər