24 aprel 2025-ci il tarixdə Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbində “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün ailə dəyərlərimizə sahib çıxmalıyıq” mövzusunda görüş keçirilib
24 aprel 2025-ci il tarixdə Zərdab rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları Dəkkəoba kənd tam orta ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri ilə görüşüb.
Görüş zamanı müasir dövürdə boşanmaların və münaqişəli ailələrin sayının artmasının səbəblərindən olan övladlarımızın böyüyə və kiçiyə hörmət, dürüstlük, mərdlik, sədaqət, xeyirxahlıq, mərhəmət, güzəştə getmək bacarığı və s. kimi ülvü hislərdən məhrum böyüdülməsi nəticəsində milli ailə dəyərlərimizdən uzaqlaşmaları haqqında danışılıb. Həmçinin gün ərzində telefonlardan uzun müddətli istifadə, sosial şəbəkələrdə etik davranış qaydalarına uyğun olmayan görüntülərin çoxalması və azyaşlıların bu videoların təsiri altına düşməsi, uşaqlarda zorakılığa meyilliliyin artması, energetik içkilərin fəsadları barədə söhbət açılıb, təhsilin onların həyatındakı önəmi vurğulanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.