Zərdab-yuxari Seyidlər-Siləyli yolunun tikintisinə başlanilib
17 iyul 2012 | 15:00
Bildiyimiz kimi, “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi məqsədi ilə Zərdab Rayon İcra Hakimiyyətinə 5,4 milyon manat vəsait ayrılmış və artıq Zərdab-Yuxarı Seyidlər istiqamətində yolun tikintisinə başlanılmışdır. 15 iyul 2012-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev yol tikintisi işləri ilə yaxından tanış olmaq üçün respublika əhəmiyyətli magistral yolda olmuş və işlərə rəhbərlik edən şəxslərlə görüşmüşdür.