Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA AĞACƏKMƏ KAMPANİYASI KEÇİRİLİB

13 dekabr 2014 | 16:00

“IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 13 dekabr 2014-cü il tarixdə Zərdab rayonu ərazisində, Zərdab-Ucar avtomobil yolunun 4-cü kilometrində ağacəkmə kampaniyası davam etdirilib, 400 nəfərdən çox zərdablı bu kampaniyada iştirak edib. 1800-dən çox şam, akasiya, türk qovağı və digər ağaclar əkilib.
Son vaxtlarda rayonda magistral yol kənarlarında, inzibati ərazilərdə pay torpaqlarının kənarlarında, idarə, müəssisə və ümumtəhsil məktəblərinin həyətlərində xeyli ağac əkilib. Bu işlər gələcəkdə də davam etdiriləcəkdir.

Keçidlər