Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib
24 dekabr 2014 | 16:00
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 24 dekabr 2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində şənlik-tədbir keçirilib. Tədbirdə Mərkəzdən bəhrələnən uşaqların söylədiyi şeirlər, hazırladıqları rəqs və səhnəciklər gələn qonaqların zövqünü oxşayıb. Şaxta baba və qarqız isə tədbirə daha da rəng qatıb. Şənlikdə yaxından iştirak edən aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim olunub.
Bayram ərəfəsində Mərkəz xüsusi qayğıya ehtiyacı olanları da unutmayıb. Serebral iflic olan Ceyhun və tənha qadın Sona nənə əlil arabası ilə təmin olunub. Digər aztəminatlı ailələrə bayram sovqatı verilib.