Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL QEYD EDİLDİ

27 dekabr 2014 | 16:00

26 dekabr 2014-cü il tarixdə Zərdabda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təntənəli ümumrayon tədbiri keçirilib.
“Kür” şadlıq sarayında keçirilən tədbiri giriş sözü il açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bütün zərdablıları təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Qeyd edib ki, Dünya  Azərbaycanlılarının Həmrəyliyi günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmaqla, dünyanın ayrı-ayrı ölkələrində yaşayan milyonlarla azərbaycanlının həmrəylik tarixdir.
İcra başçısı bildirdi ki, 2014-cü il Azərbaycan xalqının yaddaşında  həyatımızın bütün sahələrində əsaslı dəyişikliklər, dinamik inkişaf, mühüm tarixi günlərlə zəngin bir dövr kimi qalacaqdır. Müstəqilliyimiz son 11 ildə daha da möhkəmləndirilmiş, ictimai-siyasi sabitlik davam etmiş, respublikamızda hüquqi, demokratik, dünyəvi quruculuq prosesi, bazar iqtisadiyyatı prinsipləri uğurla inkişaf etdirilmiş, ordu quruculuğu təkmilləşdirilmiş, sosial-iqtisadi və mədəni həyatımızın bütün sahələrində əsaslı irəliləyişə nail olunmuşdur.
Natiq qeyd etdi ki, 2014-cü il Zərdabi yurdunun da tarixində çox böyük əhəmiyyətə malik bir il olmuşdur. Bu gün Zərdab öz inkişafının yeni mərhələsində inamla irəliləyir.
Əvvəlki illərin ənənəsi davam etdirilərək bu il də rayonda geniş tikinti quruculuq işlərinin aparılmış, sosial, istehsal xarakterli obyektlərin tikintisi genişləndirilmişdir.
2008-2013-cü illər ərzində rayon üzrə bütövlükdə 320-yə yaxın obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.
Rayonda keçirilən çoxsaylı mədəni-kütləvi tədbirlər, respublikanın tanınmış elm və incəsənət xadimlərinin ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri də rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanmışdır. Xüsusilə, çoxsaylı akademiklərin, professorların və digər alimlərin iştirakı ilə 26 dekabr 2014-cü il tarixdə keçirilən “Zərdab rayonu: Regional İnnovasiya Proqramı”nın təqdimatına həsr olunmuş konfrans zərdablılar tərəfindən ölkə Prezidentinə minnətdarlıq hissi ilə qarşılanmaqla, bu proqram 2014-2018-ci illərdə rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsində, innovativ islahatların həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.
İcra başçısı əldə olunan uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün zərdablıların səmimi təşəkkürünü və minnətdarlığını bildirdi.
Yeni il şənliyində respublikanın tanınmış alimləri, mədəniyyət və incəsənət xadimlərinin nümayəndələri iştirak edərək zərdablıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara 2015-ci ildə yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbirdə digər çıxış edənlər dövlətimiz tərəfindən rayonda ayrı-ayrı sahələrə göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.
Daha sonra 2014-cü ildə əmək fəaliyyətlərində fərqlənmiş bir qrup şəxslərə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim edilib.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının və yerli musiqi kollektivlərinin iştirakı ilə böyük bayram konserti ilə davam etdirilib.

Keçidlər