Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ VƏ HƏR İKİ VALİDEYNİNİ İTİRMİŞ UŞAQLARLA GÖRÜŞ KEÇİRİLDİ

29 dekabr 2014 | 16:00

29 dekabr 2014-cü il tarixdə Zərdab rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş və hər iki valideynini itirmiş uşaqlarla və onların himayədarları ilə görüş keçirilib.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bu sahəyə göstərilən dövlət qayğısından söhbət açıb.
Sonra valideyn himayəsindən məhrum olmuş və hər iki valideynini itirmiş uşaqlara bayram sovqatları verilib. 30-a qədər ailəyə maddi yardımlar olunub.
Çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Keçidlər