ZƏRDAB RAYON İCRA HAKİMİYYƏTİ ƏSGƏRLƏRLƏ GÖRÜŞ KEÇİRDİ
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon ictimaiyyətinin, məktəblilərin və gənclərin bir qrup nümayəndələrinin iştirakı ilə “N” saylı hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.
Görüşdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəhman Feyzullayev çıxış edərək zabit və əsgərləri bayram münasibəti ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin və Zərdab rayon ictimaiyyəti adından təbrik edib. Son illərdə Azərbaycan ordusunun gücləndirilməsi istiqamətində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən söhbət açıb.
Görüş iştirakçıları hərbi hissədə əsgərlər üçün yaradılan şəraitlə tanış olduqdan sonra, Zərdab rayonundan gətirilmiş bayram sovqatlarını onlara təqdim ediblər.
Hərbi hissə rəhbərliyi belə görüşün təşkili üçün rayon rəhbərliyinə və bütövlükdə Zərdab rayon əhalisinə öz təşəkkürlərini bildirib.
Sonda Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi kollektivi konsert proqramı ilə çıxış ediblər.