Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA 20 YANVAR FACİƏSİNİN 25-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR

16 yanvar 2015 | 16:00

Azərbaycan xalqının tarixinə qəhrəmanlıq, müstəqillik simvolu kimi daxil olan 1990-cı ilin 20 yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər keçirilir.
Bu tədbirlər çərçivəsində 16 yanvar 2015-ci il tarixdə Zərdab şəhərində yerləşən Şəhidlərin xatirə parkında iməcilik keçirilmiş, parkın ərazisində yenidənqurma, səliqə-sahman və abadlıq işləri aparılmışdır. Əmək kollektivlərinin 200 nəfərdən çox nümayəndəsinin iştirakı ilə parkda 300-dən çox şam, sərv ağacları və gül kolları əkilmişdir. Parkın ərazisi abadlaşdırılmış, zəruri yerlərdə rəngləmə və ağartma işləri görülmüşdür.
Həmin gün iməcilik şəhərin Heydər Əliyev prospektində və Zərdabi küçəsində davam etdirilmiş, ərazidə təmizlik, səliqə-sahman işləri aparılmışdır.
20 yanvar faciəsinin 25 illiyi çərçivəsində rayonda silsilə tədbirlər davam etdirilir.

Keçidlər