25 aprel 2025-ci il tarixdə Körpükənd kənd tam orta ümumtəhsil məktəbində “Milli dəyərlərimizi itirməməliyik!” mövzusunda görüş keçirilib
25 aprel 2025-ci il tarixdə Zərdab rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları Körpükənd kənd tam orta ümumtəhsil müəssisəsinin yuxarı sinif şagirdləri, müəllimlər və valideynlərlə görüşüb.
Görüş zamanı dürüstlük, mərdlik, sədaqət, xeyirxahlıq, sevgi, mərhəmət, güzəştə getmək bacarığı və s. kimi ülvü hislərin əhəmiyyətindən danışılıb. Həmçinin gün ərzində telefonlardan uzun müddətli istifadə, sosial şəbəkələrdə etik davranış qaydalarına uyğun olmayan görüntülərin çoxalması və azyaşlıların bu videoların təsiri altına düşməsi, uşaqlarda zorakılığa meyilliliyin artması, energetik içkilərin fəsadları barədə söhbət açılıb, təhsilin onların həyatındakı önəmi vurğulanıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.