Şriftin ölçüsü :

Saytın rəngi :

25 noyabr 2022-ci il tarixdə Məlikumudlu kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq görüş keçirilib

25 noyabr 2022 | 10:39

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Tağıyev, Rayon İHB-nın Məlikumudlu kənd İƏD üzrə  nümayəndəsi Ağaverdi  Novruzov, Məlikumudlu  kənd tam orta məktəbin direktoru  Ənvər Abdullayev,   kənd ərazisində fəaliyyət göstərən təşkilatların  əməkdaşları, yerli özəl sektorun nümayəndələri iştirak etmişdir. Görüş iştirakçıları ilə “Müzəffər Ali Baş Komandan Azərbaycan bayrağını Qarabağın qəlbində ucaltdı” mövzusu ətrafında müzakirələr aparılmış, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyətindən bəhs olunmuşdur. Sonda  Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış  “Müzəffər Komandan” sənədli filmi nümayiş etdirilmişdir.

Keçidlər