25 yanvar 2023-cü il tarixdə İkinci Alıcanlı kəndində vətəndaşların səyyar qəbulu keçirilib
25 yanvar 2023 | 16:15
Zərdab rayonunun İkinci Alıcanlı kəndində Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu keçirilmişdir. Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.