Şriftin ölçüsü :

Saytın rəngi :

Kəndlərimizdə 2 yeni məktəb binası istifadəyə verildi

16 sentyabr 2012 | 15:00

15 sentyabr 2012-ci il tarixdə rayonun Pərvanlı və Lələağacı kəndlərində məktəb binaları istifadəyə verilmişdir. Tədbir iştirakçıları əvvəlcə Pərvanlı kənd tam orta məktəbinin açılış mərasimində iştirak etmişlər. Smeta dəyəri 1 016 471 manat olan 180 şagird yerlik Pərvanlı kənd tam orta məktəbinin tikintisinə 20 sentyabr 2011-ci il tarixdə başlanılmış, 01 sentyabr 2012-ci il tarixdə isə tikintisi başa çatdırılmışdır. Pərvanlı kənd tam orta məktəbində 30 müəllim çalışır. 9 sinif otağı olan məktəbdə 2 fənn (kimya və fizika) laboratoriyası, idman zalı, kitabxana, akt zalı, kompüter otağı, qarderob vardır. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Jalə Əliyeva, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev həm kənd sakinlərini, həm də məktəbin müəllim və şagird kollektivini bu əlamətdar bayram münasibətilə təbrik etmiş, onlara dərslərində yeni-yeni müvəffəqiyyətlər arzulamışlar. Tədbirdə məktəbin qocaman müəllimi Əhməd Məmmədov, kənd ağsaqqalı Məktub Eyvazov çıxış edərək görülən bu işlərə görə cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Daha sonra Lələağacı kənd ümumi orta məktəbinin açılış mərasimi keçirilmişdir.
Smeta dəyəri 510 000 manat olan 80 şagird yerlik Lələağacı kənd ümumi orta məktəbinin tikintisinə 01 sentyabr 2011-ci il tarixdə başlanılmış, 15 sentyabr 2012-ci il tarixdə isə tikintisi başa çatdırılmışdır. Lələağacı kənd ümumi orta məktəbində 17 müəllim çalışır. 9 sinif otağı olan məktəbdə idman zalı və kompüter otağı vardır. Tədbirdə iştirak edən Milli Məclisin deputatı Jalə Əliyeva, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev həm kənd sakinlərini, həm də məktəbin müəllim və şagird kollektivini bu əlamətdar bayram münasibətilə təbrik etmiş, onlara növbəti tədris ilində yeni-yeni müvəffəqiyyətlər arzulamışlar. Tədbirdə kənd ağsaqqalı Cavadov Cəmil, ibtidai sinif müəlliməsi Qaçayeva Xatirə çıxış edərək görülən bu işlərə görə cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
 

Keçidlər