BAĞÇA UŞAQLARI VƏ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN AŞAĞI SİNİF ŞAGİRDLƏRİ 20 YANVAR FACİƏSİ QURBANLARINI YAD ETDİLƏR
19 yanvar 2015 | 16:00
20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər davam etdirilir.
19 yanvar 2015-ci il tarixdə rayonun körpələr evi - uşaq bağçalarının uşaqları və ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri Zərdab şəhərinin mərkəzində yerləşən Şəhidlərin Xatirə parkını ziyarət etmiş, parkda yerləşən abidə komplekslərinin önünə gül dəstələri qoymuşlar.
Uşaqlara 20 yanvar şəhidlərinin xatirəsinin daim uca tutulduğu, bu istiqamətdə dövlət tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.