Şriftin ölçüsü :

Saytın rəngi :

25.04.2024-cü il tarixdə Sarıqaya kənd tam orta məktəbində ailə ənənələrinin qorunması və inkişafı mövzusunda tədbir keçirilib

25 aprel 2024 | 19:24

Sarıqaya  kənd tam orta məktəbində Zərdab rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçıllığı ilə “Ailə ənənələrinin qorunması və inkişafı” mövzusunda müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirildi.

Tədbirdə çıxış edənlər insanın şəxsiyyət kimi formalaşmasında ailənin rolunun vacibliyi, gənclərin ailə həyatına hazırlığı, ailə məsuliyyətinin formalaşdırılmasının əhəmiyyəti barədə danışmışlar. Həmçinin nümunəvi ailə modelinin  sevgi, hörmət, sədaqət, bir-birinə inam, güvən, dürüstlük, anlayışla qarşılama, səbr, dözümlülük kimi müsbət insani keyfiyyət sayəsində mövcud olmasını diqqətə çatdıran çıxışçılar iştirakçıları keçmişdən gələn ailə dəyərlərimizə sahib çıxmağa, ailə ənənələrini qorumağa çağırmışlar. Bundan başqa müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan  vurması, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışması və bu problemlərlə mübarizədə valideynlərin üzərilərinə düşən öhdəliklər barədə müzakirələr aparılmışdır.

Keçidlər