25.06.2024-cü il tarixdə Zərdab şəhər İƏD üzrə nümayəndəliyin ərazisində növbəti səyyar qəbul keçirilib
25 iyun 2024 | 15:20
Zərdab şəhəri ərazisində Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu keçirilmişdir.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.