25.09.2025-ci il tarixdə Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirilib
25.09.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbində Dəli Quşçu və Dəkkəoba kənd məktəblərinin pedaqoji kollektivinin, yuxarı sinif şagirdlərinin və onların valideynlərinin, kənd ağsaqqallarının iştirakı ilə “Narkomaniyaya yox deyək”, “Uşaqlara qarşı zorakılıq yolverilməzdir” və “Erkən nikaha son” mövzularında tədbir keçirilib. Çıxış edənlər narkomaniyanın, narkotik tərkibli maddələrdən sui-istifadənin, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlərin yüz illər boyunca olduğu kimi, 21-ci əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam etdiyini diqqətə çatdırıb. Həmçinin erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən və təhsilin önəmindən bəhs ediblər. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.






