25.10.2024-cü il tarixdə zərərli vərdişlərə qarşı mübarizə və valideyn-uşaq münasibətləri mövzusunda maarifləndirmə tədbiri keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Uşaq və Aiələrə Dəstək Mərkəzinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şıxbağı kənd tam orta məktəbində müəllim, şagird və valideynlərin iştirakı ilə “Narkomaniya qarşı mübarizə”, “Erkən nikaha son”, “Övladımın ən yaxın dostu mənəm” mövzusunda məktəblilərlə görüş keçirilib.
Çıxış edənlər ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlardan, son vaxtlar məhz məktəblilərin və gənclərin hədəf olaraq seçilmələrindən, erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, uşaqların və gənclərin bu cür neqativ hallardan qorunmasının vacibliyindən və təhsilin önəmindən bəhs etdilər. Həmçinin çıxış edənlər müxtəlif sosial platformalarda qazanc əldə etmək məqsədilə ədəb normalarına uyğun olmayan söhbətlər, qeyri-etik davranışlar və görüntülər yayanların, dəyərlərimizə ziyan vurmasından, bəzi təsir altına düşən övladlarımızın bu görüntüləri təbliğ etməyə çalışmasından və bu problemlərlə mübarizədə valideynlərin üzərlərinə düşən öhdəliklərdən söhbət açmışlar.
Tədbirdə qeyd olunan mövzulara dair müzakirələr aparıldı, video çarx nümayiş etdirilib.