Şriftin ölçüsü :

Saytın rəngi :

Qaravəlli kəndində rayon rəhbərliyinin kənd sakinləri ilə görüşü keçirilib

09 fevral 2015 | 16:00

Rayonun Qaravəlli kəndində rayon rəhbərliyinin kənd sakinləri ilə görüşü keçirilmişdir.
İcra başçısı son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Eyni zamanda Qaravəlli kəndinə son dövrdə qaz xəttinin çəkilməsini, kənddə poçt binasının tikilməsini, modul tipli su qurğusunun quraşdırılmasını, Qaravəlli kənd sakinlərinin də istifadə etdikləri Zərdab-Mollakənd yoluna yeni asfalt örtük döşənməsini bir daha kənd əhalisinin nəzərinə çatdırmışdır.
İcra başçısı həmçinin 27 yanvar 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin icrasının yekunlarına həsr olunmuş konfransda cənab Prezidentin çıxışından irəli gələn vəzifələr, aqrar sahədə, xüsusilə torpaqlardan səmərəli və təyinatı üzrə istifadə olunması, əkilməyən torpaqlarda əkin aparılması, torpaqların sığorta edilməsi, torpaq zəbt olmalarının, qanunsuz tikililərin qarşısının alınması, əvvəllər tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsinin zəruriliyini və digər məsələlərlə bağlı görüş iştirakçılarını ətraflı məlumatlandırmışdır.
İcra Hakimiyyətinin başçısı bu il ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsini, həmçinin cari ilin payızında Milli Məclisə seçkilərin keçiriləcəyini də vurğulayaraq ilin məsul il olmasını qeyd etmişdir.
Sonda icra başçısı xalqımızın qədim adət və ənənələrini özündə əks etdirən Novruz bayramının gəlişi münasibətilə qəbiristanlıqlarda iməciliklərin keçirilməsini, şəhər, qəsəbə və kəndlərin ərazilərinin təmiz saxlanılmasını da diqqətə çatdırmışdır.
Görüş iştirakçıları görülən bütün tədbirlərin kənd təsərrüfatı məhsulları istehsalçılarının marağına uyğun olduğunu vurğulamaqla, ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Görüşdə kənd sakini Feyzulla Tağıyev həyətyanı sahələrin və kənd qəbiristanlığının qrunt sularından ziyan çəkməsini nəzərə alaraq kəndin içərisindən keçən şor kanalının təmizlənməsinə, kənd ağsaqqalı Hüseyn Hüseynov kənddə məişət tullantıları üçün xüsusi yerin müəyyənləşdirilməsinə, kənd müəllimi Nuru Səlimov kəndarası yolların asfaltlaşdırılmasına, kənd məktəbinin direktoru Kərim Məmmədov isə hazırda kənddə modul tipli su qurğusunun quraşdırılması işləri çərçivəsində kənd qəbiristanlığı, məktəbi və məscidi yaxınlığında su bulaqlarının tikilməsinə köməklik göstərilməsini xahiş etdilər.
Görüşdə 120 nəfər kənd əhalisi iştirak etmişdir.

Keçidlər