Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Mingəçevir Dövlət Dram Teatrının kollektivi məktəblilər qarşısında çıxış etdi

10 fevral 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında 28 oktyabr 2014-cü il tarixdə keçirilən yığıncaqda Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin çıxışında səslənən fikirlərdən irəli gələn vəzifələrin Zərdab rayonunda icrası ilə bağlı Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər davam etdirilir.
Tədbirlər planının icrası çərçivəsində uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə 10 fevral 2015-ci il tarixdə Mingəçevir Dövlət Dram Teatrının kollektivinin 500 nəfərlik Zərdab şəhər mədəniyyət evində məktəblilər qarşısında çıxışı təşkil olunub.
2 seansda 1000 nəfərin qarşısında təşkil olunan tamaşa məktəblilərin zövqünü oxşayıb.
Rayonda müvafiq tədbirlər planının icrası istiqamətində silsilə tədbirlər davam etdirilir.

Keçidlər