Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətində müşavirə keçirildi

11 fevral 2015 | 16:00

11 fevral 2015-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin icrasının yekunlarına həsr olunmuş 27 yanvar 2015-ci il tarixli konfransda cənab Prezidentin çıxışından irəli gələn vəzifələr, aqrar sahədə, xüsusilə torpaqlardan səmərəli və təyinatı üzrə istifadə olunması, əkilməyən torpaqlarda əkin aparılması, torpaqların sığorta edilməsi, torpaq zəbt olmalarının, qanunsuz tikililərin qarşısının alınması, fərdi yaşayış evlərinin sənədləşdirilməsinin zəruriliyi və digər məsələlərlə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə rayonun idarə, müəssisə rəhbərləri, yerli icra və bələdiyyə qurumlarının nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri və Aparatın məsul işçiləri iştirak etmişlər.
Müşavirədə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunmasını iştirakçıların diqqətinə çatdıraraq, dövlət başçısının  konfransdakı nitqlərinin tələblərinə uyğun olaraq cari ildə aqrar sahədə qarşıda duran vəzifələrdən danışmışdır.
İcra başçısı dövlətimizin başçısının konfransdakı çıxışlarından irəli gələn vəzifələrin rayonda icrasını təmin etmək, xüsusilə torpaqlardan səmərəli və təyinatı üzrə istifadə olunması, icarəyə götürülmüş, lakin əkilməmiş torpaqların əkilərək əkin dövriyyəsinə daxil edilməsi, zəbt olunmuş torpaqların aşkara çıxarılması, qanunsuz tikililərin qarşısının alınması məsələlərini araşdırmaq məqsədilə xüsusi komissiyanın yaradıldığını bildirmişdir.
Natiq çıxışına davam edərək yerli icra və bələdiyyə orqanları, xüsusilə yeni seçilmiş bələdiyyə sədrləri qarşısında mühüm vəzifələrin durduğunu, ölkə Prezidentinin çıxışlarından irəli gələn vəzifələrin icra olunması üçün onlardan ciddi məsuliyyət tələb olunduğunu vurğulamışdır.
İcra başçısı sonda “Kənd təsərrüfatı ili” elan olunmuş 2015-ci ildə həm də ölkəmizdə ilk Avropa oyunlarının və Milli Məclisə növbəti seçkilərin keçiriləcəyini bildirərək, cari ildə hər bir rəhbər işçinin öz işində məsuliyyətli olmasının, vətəndaşlara, onların müraciətlərinə həssaslıqla yanaşmasının vacibliyini qeyd etmişdir.
Müşavirədə çıxış edənlər qarşıda duran vəzifələri dərindən dərk etdiklərini, həyata keçirilən tədbirlərin bütövlükdə insan amilinə xidmət etdiyini, kənd əməkçilərinin marağına uyğun olduğunu bildirməklə dövlət başçısına öz minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər