BAĞÇA UŞAQLARI VƏ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN AŞAĞI SİNİF ŞAGİRDLƏRİ XOCALI FACİƏSİ QURBANLARINI YAD ETDİLƏR
25 fevral 2015 | 16:00
Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər davam etdirilir.
25 fevral 2015-ci il tarixdə rayonun körpələr evi - uşaq bağçalarının uşaqları və ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri Zərdab şəhərinin mərkəzində yerləşən Şəhidlərin Xatirə parkını ziyarət etmiş, parkda yerləşən abidə komplekslərinin önünə gül dəstələri qoymuşlar.
Uşaqlara ölkəmizin azadlığı uğrunda canlarından keçmiş soydaşlarımızın, o cümlədən Xocalı şəhidlərinin xatirəsinin daim uca tutulduğu, bu istiqamətdə dövlət tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.